Fransada
Dünən axşam Fransanın paytaxtında baş verən partlayışda ölənlərin sayı 150-yə yaxındır.

Partlayışlar Parisin yeddi rayonunda qeydə alınıb. İlk hücum xəbəri Fransa-Almaniya arasında keçirilən yoldaşlıq oyununda qeydə alınıb. Oyunu izləyən prezident Fransua Olland dərhal meydandan uzaqlaşdırılıb.Növbəti terror paytaxt restoranlarından birində qeydə alınıb. Daha sonra amerikalı rok-qrupun konserti keçirilən "Bataklan" teatrında 100 nəfərin girov götürüldüyü xəbəri yayılıb. Şahidlərdən birinin sözlərinə görə, terrorçulardan biri "Bu, Suriya üçündür" deyə qışqırıb.

Ölənlərin 100-ü "Bataklan" teatrında saxlanınan girovlar olub.

Prezident Fransua Olland ölkədə fövqəladə rejim elan edib və sərhədlərin bağlanılması tapşırığını verib.

Paris meriyası insanları evlərini tərk etməməyə çağırıb.

Paris polisi isə terror zamanı yeddi polisin ölməsi ilə bağlı məlumat yayıb. Saxlanılan terrorçuların "İslam Dövləti" qruplaşmasının üzvləri olduğu ehtimal edilir. Terrorçulardan 3-ü özünü partladaraq öldürüb.

Qeyd edək ki, bu, Fransa tarixində baş verən ən irimiqyaslı terror aktıdır.