Leyla Əliyevadan yeni bir layihə
13:42 14-11-2015
CƏMİYYƏT
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq "Baku Corner" adlı xeyriyyə məqsədi daşıyan ədalətli ticarət konsepsiyası təsis edilib.
Noyabrın 13-dən etibarən yeni layihə - "Baku Corner" (www.bakucorner.az) ictimaiyyətin istifadəsinə təqdim olunur. IDEA İctimai Birliyindən bildiriblər ki, konsepsiyanın mahiyyəti yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış ənənəvi əl işlərinin satışı üçün platforma yaratmaq və bu sənət əsərlərini geniş ictimaiyyətə çatdırmaqdır. "Baku Corner" insanlara öz yaradıcılığının həm estetik, həm də maddi baxımdan qiymətləndirilməsinə yardım edəcək bir layihədir. Belə ki, xalq sənətkarları "Baku Corner"in internet səhifəsi vasitəsilə müştəri bazarına birbaşa çıxış əldə etməklə, əməklərinin bəhrəsini götürmək imkanı qazanmış olacaqlar.
"Baku Corner" müxtəlif mədəniyyətləri və xalqları tərənnüm edən məhsulların cəmləndiyi vahid məkan rolunda çıxış edir. Nümayiş olunan məhsullar yüksək keyfiyyətə və təkrarolunmaz görünüşə malik olmaqla, alıcıların zövqünü oxşayacaq. "Baku Corner"dəki hər bir əl işi öz görkəmi və tarixçəsi ilə bir-birindən fərqlənir.
Burada Azərbaycanın istedadlı sənətkarları tərəfindən hazırlanmış müxtəlif məhsullar, xüsusilə də rəngarəng kəlağayılar nümayiş olunur. "Baku Corner", həmçinin uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində də xüsusi rol oynayır. Belə ki, internet səhifəsində bu qrup gənc tərəfindən çəkilmiş gözəl rəsm əsərləri də yer alıb.
"Baku Corner"də Hindistanda toxunulmuş ənənəvi şərfdən Kambocada yerli ipəkdən hazırlanmış baş örtüyünə, Kolumbiya və Qvatemalada yaşayan qadınların əsrarəngiz əl işləri olan qolbaq və boyunbağıdan Avstraliyanın köklü xalqlarının əsrlərlə istifadə etdiyi naxışlarla bəzədilmiş çantalara kimi bir çox əsrarəngiz məhsullar görmək mümkündür.
Eyni zamanda, insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək məqsədilə Leyla Əliyeva öz incəsənət əsərlərini də layihəyə bəxş edib.
"Baku Corner" istedadlı sənətkarları layihədə iştirak etməyə və bacarıqlarını platforma vasitəsilə ictimai şəkildə nümayiş etdirməyə dəvət edir.
Sənətkar və sənətə dəyər verən insanların görüş məkanı olan "Baku Corner" ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaq mümkündür:
İnternet səhifəsi: www.bakucorner.az, Feysbuk səhifəsi: www.facebook.com/bakucorner, İnstaqram səhifəsi: www.instagram.com/bakucorner, Telefon: +99412-4971939.
Digər Xəbərlər
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24
2024-11-02 10:59:26
2024-11-02 10:25:05
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58