Elmar Məmmədyarov fransalı həmkarına başsağlığı məktubu göndərib
14:41 14-11-2015
CƏMİYYƏT
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə törədilmiş terror aktları ilə əlaqədar Fransa Respublikasının xarici işlər və beynəlxalq inkişaf naziri Laurent Fabiusa başsağlığı məktubu göndərib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, məktubda nazir Elmar Məmmədyarov baş vermiş faciə ilə əlaqədar Fransa xarici işlər nazirinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa dilədiyini bildirib.
E. Məmmədyarov Azərbaycanın terrorizmi, onun bütün forma və təzahürlərini kəskin şəkildə pislədiyini qeyd edərək, terrorizmə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini vurğulayıb.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18