Dadaş Rzayevlə Pənah Hüseyn Surətlə nə danışıblar?
11:50 05-06-2012
İQTİSADİYYAT
Dadaş Rzayevlə Pənah Hüseyn Surətlə nə danışıblar?
Keçmiş batalyon komandiri keçmiş müdafiə naziri ilə baş nazirin yalvardığını deyir
Məlum olduğu kimi, bu yaxınlarda İctimai Palata 4 iyun hadisələri ilə bağlı dəyirimi masa keçirib. Həmin tədbirdə çıxış edən müxalifət nümayəndələri keçmiş baş nazir Surət Hüseynov və onun başına yığışmış silahlı dəstələri ittiham ediblər. Üstəlik bəyan ediblər ki, əgər hakimiyyətə gələrlərsə, bu hadisə ilə bağlı cinayət işi qaldıraraq, onların həbsini həyata keçirəcəklər.
Bu çıxışlardan bərk hiddətlənən Surət Hüseynovun ən yaxın silahdaşlarından biri, vaxtıyla Gəncə batalyonunun komandiri olmuş zabit həmin vaxt baş verənlərlə bağlı maraqlı bir açıqlama verib. "Unikal"a danışan adının çəkilməsini istəməyən batalyon komandiri bildirib ki, o, bu çıxışlarda 17 yalan eşidib. "Mənim axır vaxtlar Əli Kərimliyə hörmətim artmışdı. Lakin bu çıxış onu, İctimai Palatanı Qarabağ döyüşçüləri qarşısında heç elədi. Qarabağ döyüşçüləri zindanlarda əziyyət çəkib və Əli Kərimli hakimiyyətə gələrsə, diktatura quracağını və həmin hadisələrin iştirakçılarını həbs edəcəyini dolayı yolla dedi".
Həmin çıxışlarda işlədilən yalanlardan bəhs edən sözügedən şəxs qeyd edib ki, Ağdərəni Gəncə batalyonu, 123-cü Polk, "Qurtuluş" batalyonu və OMON-çular azad ediblər. "Ağdərə adlı batalyon olmayıb. Kəlbəcər getməmişdən əvvəl, AXC hakimiyyəti Surəti vəzifəsindən azad etdi və komandanlığı öz üzərinə götürdü. Keçirdikləri səviyyəsi əməliyyat nəticəsində Kəlbəcər və Ağdərə ermənilər tərəfindən işğal olundu. Mənim yaxşı yadımdadır, həmin 15 nəfərlə Surətin evində faktiki olaraq ev dustağı idik. Həmin vaxt o vaxtkı müdafiə naziri Dadaş Rzayev və baş nazir Pənah Hüseynov Surət Hüseynovun yanına gəldilər. Mən Dadaş bəyin dediyi sözü oldüğü kimi təkrar edirəm: "Surət kömək et, ermənilər Murovun başındadırlar. Gəncə əldən gedir. Əgər Gəncə əldən getsə, gəncəlilər mənim anamı..." Hələ baş nazir Pənah Hüseynov at sürdü və yıxıldı. Bütün bunları ANS-in müxbiri Mirşahin və operator Şakir çəkiblər".
Həmsöhbətimiz bildirir ki, bu sözlərdən sonra Surət Hüseynov onlara dedi ki, özlərini ələ alsınlar. Ardından "Gəncəni heç kim ala bilməz" deyib. "Onlar Surətə bütün vəzifələrini geri qaytarırlar, əvəzində isə ermənilərin qabağına çıxmasını təklif edirdilər. Surət də onlara söz verdi ki, 3 gün içində könüllüləri yığıb, hərəkətə keçə bilər. Amma şərti bu idi ki, döyüşdə onlar şəhid olarlarsa, ailələrinə təminat verilsin, dövlət qayğısı göstərilsin. Beləliklə, qanuni olaraq 709 saylı hərbi briqada yaradıldı. Briqada Murova hücuma keçdi və 3 saat içində Ömər dağını aldı. Sonra da Güzgü istiqamətində hücuma keçib, oranı aldıq. Bununla da Gəncədən xəta sovuşdu".
Batalyon komandiri daha sonra bildirdi ki, Surət Hüseynov təkcə Gəncə batalyonunun yox, Qarabağda döyüşən 2-ci Korpusun komandiri və Prezidentin Qarabağda səlahiyyətli nümayəndəsi olub. "Bizim ən güclü hərbi birləşməmiz isə 123-cü Polk olub. Həmin vaxt vertalyotlar, qırıcı təyyarələr Gəncədən keçib, Ömər dağına tərəf gedirdilər. Gəncəlilər küçələrə çıxaraq, "Surət" deyə qışqırırdılar. Surət Hüseynov da onların ümidlərini puç etmədi. Mühüm strateji əhəmiyyətə malik Ömər dağının geri qaytarılması böyük hadisə idi. Təəssüf ki, bu əməliyyatdan bir ay sonra 4 İyun olayları baş verdi".
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40