QHT-lərlə bağlı yeni qərar xaricdən gələn qrantlarla bağlı şəffaflığı təmin edəcək
12:00 28-11-2015
KRİMİNAL
Fərasət Qurbanov: "Nazirlər Kabinetinin QHT-lərlə bağlı qərarı heç də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşımır"
Azərbaycan Nazirlər Kabineti "Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası"nı təsdiq edb.
Nazirlər Kabinetindən verilən məlumata görə, müqavilələr bağlanıldığı tarixdən 15 gündən gec olmayaraq, xidmət göstərən qeyri-hökumət təşkilatı tərəfindən qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Müqavilə olmadan və ya qeydiyyata alınmayan müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Xarici ölkədə tərtib edilmiş sənədlər həmçinin leqallaşdırılmalıdır. Müqavilənin qeydiyyata alınmasından imtina edilməsi üçün əsas olmadıqda Ədliyyə Nazirliyi 15 gün müddətində müqaviləni qeydiyyata alır. Ədliyyə Nazirliyi araşdırma nəticəsində çatışmazlıqlar aşkar etdikdə, ərizədə göstərilən məlumatlar və ona əlavə edilən sənədlər yanlış olduqda, Ədliyyə Nazirliyi tərəfindən aşkar edilmiş çatışmazlıq bu qaydanın müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda müqavilələrin qeydiyyata alınmasından imtina edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyir ki, bu qayda qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin QHT-nin filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi üzrə müqavilələrin qeydiyyata alınması qaydasını tənzimləyir və müqavilələrin qeydiyyata alınması ilə bağlı nəzərdə tutulmuş tələblər əlavə müqavilələrə, habelə onlara istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur. F. Qurbanov bildirir ki, yeni qaydada göstərilib ki, müqavilənin qeydiyyata alınması üçün ərizəyə müqavilənin, o cümlədən əlavə müqavilənin və ya ona edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi, göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) surəti, müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumat (məqsədi, müqavilənin başlama və başa çatma tarixi, mövcud vəziyyət, gözlənilən nəticə, faydalanan şəxslərin dairəsi, iş və xidmətin həcmi, göstəriləcəyi yer və məbləği), başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə, müqavilə qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti, müqavilənin digər icraçıları olduqda, onlar barədə məlumat əlavə edilir. Göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) surəti, müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumat (məqsədi, müqavilənin başlama və başa çatma tarixi, mövcud vəziyyət, gözlənilən nəticə, faydalanan şəxslərin dairəsi, iş və xidmətin həcmi, göstəriləcəyi yer və məbləği), müqavilə qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti notariat qaydasında təsdiq edilir. Eyni zamanda xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi də əlavə edilməlidir. Xarici ölkədə tərtib edilmiş sənədlər həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Ədliyyə Nazirliyi tərəfindən müqavilənin qeydiyyata alınması üçün sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü, təqdim olunmuş sənədlərin və müqavilə üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə, təşkilatın nizamnaməsinə (əsasnaməsinə) uyğunluğu, müqaviləni imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması, müqavilənin tərəfi kimi iştirak edən QHT tərəfindən Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarının təqdim edilməsi, QHT tərəfindən Azərbaycan Respublikasının "Korrupsiyaya qarşı mübarizə haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Terrorçuluğa qarşı mübarizə haqqında" qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu, müqavilənin tərkib hissəsi olan layihənin təqdim edilməsi, müqavilənin tərəfi kimi iştirak edən QHT-nin təsis sənədlərinin qanunvericiliyə uyğunluğu, müqavilənin kommersiya və ya qeyri-kommersiya xarakterli olması araşdırılır. Sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 günədək uzadılır. Təqdim edilmiş sənədlərdə qeydiyyata alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi müqavilənin qeydiyyata alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 iş günü müddət təyin edir. Ədliyyə Nazirliyi qeydiyyata alınmış müqavilələr haqqında ildə bir dəfədən az olmayaraq ümumiləşdirmə aparır. Ədliyyə Nazirliyi tərəfindən göstərilmiş sənədlər təqdim edilmədikdə, araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə, ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda, Ədliyyə Nazirliyi tərəfindən aşkar edilmiş çatışmazlıq müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda müqavilələrin qeydiyyata alınmasından imtina edilir.
F Qurbanov yeni qaydanın heç də QHT-lərin fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşımadığını söyləyir. Həmsöhbətimiz bildirir ki, bu qaydaların təsdiqlənməsi şəffaflığın təminatına xidmət edir: "Hazırda ölkəmizdə QHT-lərə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və sair dövlət qurumlarının vasitəsilə maliyyə yardımları ayrılır. Amma xaricdən qrant əldə edərək fəaliyyət göstərən QHT-lər də az deyil. Ona görə də, bu məsələnin də tənzimlənməsinə lüzum var. Xaricdən gələn qrantların kimdən, hansı təşkilatdan, hansı məqsədlər üçün Azərbaycandakı QHT-lərə ayrıldığı aydınlaşmalıdır. QHT-lər də bu məsələdə şəffaflığın tərəfində olmalıdırlar. Ola bilər ki, qrant humanitar yardım adı altında ayrılsa da, arxasında başqa məqsəd dayansın. Azərbaycandakı QHT isə bilərəkdən, yaxud da bilməyərəkdən onun sifarişini yerinə yetirsin".
Həmsöhbətimiz deyir ki, son baş verən hadisələr QHT-lərlə bağlı belə bir problemin olduğunu üzə çıxartdı. Bəzi QHT-lərin adları ölkəmiz üçün təhlükə yaradacaq xaricdən gələn sifarişlərin yerinə yetirilməsində hallandı. Bu heç də arzuolunan hal deyil. QHT-lər vətəndaş cəmiyyətinin inkişafı naminə xidmət göstərməli, bu mərama xidmət edən sifarişləri yerinə yetirməlidirlər. Amma çox təəssüf ki, heç də həmişə belə olmur, Bu isə "Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası"nın vacibliyini göstərir".
F. Qurbanov Azərbaycanın daxilində və xaricdən cəlb olunan qrantların ucotunun aparılmasının zəruri olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycanın bir dövlət olaraq bunu bilməyə və hesabatını aparmağına ehtiyac var.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16