Rusiyadan Azərbaycana hərbi təhdid
11:41 02-12-2015
CƏMİYYƏT
Sergey Markov: "Bu baş verərsə, Rusiya Dağlıq Qarabağa müdaxilə etmək məcburiyyətində qalacaq…"
Türkiyə - Rusiya gərginliyinin ölkəmizə yarada biləcəyi təhlükələr artıq özünü göstərir. Hər halda bir neçə gün öncə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markovun məlum açıqlamaları təsadüfi sayılmamalıdır.
"Unikal" qəzeti xatırladır ki, o Ankara ilə Moskva arasında gərginliyin azaldılması üçün müəyyən şərtlər irəli sürüb. Sergey Markov iki ölkə arasındakı buzların nə zaman əriyəcəyi barədə ciddi açıqlamalar verib. Su-24 təyyarəsinin vurulmasından sonra çox şeyin 180 dərəcə dəyişdiyini deyən Markov bildirib ki, Moskva bu hadisəyə qədər Ankaranı dost ölkə olaraq görürdü, amma indi sitiuasiya dəyişib:
"Ancaq təyyarəmiz vurulursa, pilotumuz öldürülürsə, biz bunu dost olaraq deyil, düşmən addımı kimi dəyərləndiririk. Türkiyəni idarə edənlərin bir çox səhvlərinin olduğunu biz daha öncə də görürdük. Lakin Türkiyə ilə çox yaxın münasibətlərimiz olduğu üçün bunları açıq şəkildə dilə gətirmirdik. Arıtq bu atmosfer pozulduğu üçün, Türkiyə rəhbərliyinin səhvlərini açıq-aşkar deməymiz üçün heç bir maneə yoxdur".
Bununla yanaşı, Putinin yaxın adamı Markov Rusiya ilə Türkiyə arasında mövcud olan gərginliyin müharibə ilə nəticələnməyəcəyini deyib. O eyni zamanda azərbaycanda da narahatlıqla qarşılanan fikirlərə yer verib:
"Türkiyə və Rusiya arasında müharibənin olmasını heç kim istəmir. Digər tərəfdən isə təhlükəli vəziyyət yaranıb. Suriyada həm Türkiyə, həm də Rusiya öz varlığını göstərməyə çalışır. Hətta Türkiyədə bəzi siyasətçilər Azərbaycanı Dağlıq Qarabağa hərbi müdaxilə etməyə təşviq edir. Halbuki, Azərbaycan və Ermənistan arasında müharibə başlayarsa, Rusiya Ermənistanla bağladığı müqavilələr çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək məcburiyyətində qalacaq. Bu təhlükələr qarşısında son dərəcə soyuqqanlı olmaq lazımdır".
Bir sıra siyasi şərhçilər isə Markovun məlum açıqlamasının ölkəmizə açıq təhdid olduğunu düşünür. Onların düşüncəsinə görə, Rusiya bununla həm də Dağlıq Qarabağ problemində vasitəçidən çox tərəf kimi göründüyünü gizlətmək belə istəməyib. Bu isə istənilən halda onsuz da düyünə düşmüş Qarabağ probleminin çözümünü bir qədər də mürəkkəbləşdirir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18