Dövlət Dəniz Administrasiyasının rəisi beynəlxalq tədbirdə iştirak edib
11:02 03-12-2015
CƏMİYYƏT
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan, 1995-ci ildən Azərbaycan Respublikasının üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında 23 noyabr – 02 dekabr 2015-ci il tarixlərində keçirilmiş Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 29-cu sessiyasında iştirak edib.
Beynəlxalq Konvensiyaların statusu və təşkilata üzvlük barədə hesabatın və Təşkilatın komitələri tərəfindən təqdim edilən hesabatların dinlənilməsi, həmçinin Beynəlxalq Dəniz Təşkitalına yeni Baş Katibin, Assambleyaya yeni Prezidentin və vitse-prezidentlərin seçilməsi, Şuranın üzvlərinin seçilməsi və digər məsələlərlə bağlı müzakirələrin aparılması sessiyanın gündəmində duran əsas məsələlər olub.
Assambleyanın 29-cu sessiyasında Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi cənab Koji Sekimizunun fəaliyyəti dövründə görülmüş işlərvə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilmiş və həmin işlərin məntiqi nəticəsi olaraq, son dövrlərdə əvvəlki illər ilə müqayisədə dəniz quldurluğu hallarının azalmasının müşayiət olunması yüksək qiymətləndirilib.
Qeyd edilən sessiya zamanı Assambleya tərəfindən Beynəlxalq Dəniz Təşkilatı Şurasının Koreya Respublikasının nümayəndəsi cənab Kitak Limin Təşkilatın yeni Baş Katibi seçilməsi barədə təklifi müzakirəyə qoyulmuş və cənab Kitak Lim yeni Baş Katib seçilmişdir. Azərbaycan nümayəndə heyəti tərəfindən cənab Kitak Lim belə bir mötəbər vəzifəyə seçilməsi münasibəti ilə təbrik edilmiş, gələcək fəaliyyətində müvəffəqiyyətlər dilənilməklə qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilib. Həmçinin İspaniya Krallığının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri cənab Federiko Trillo-Fiqueroa Martinez-Kondedörd illik (2016-2020) müddətə Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə orqanı olan Assambleyanın yeni Prezidenti vəzifəsinə seçilib.
Sessiyada Beynəlxalq Dəniz Təşkilatının komitələrinin hesabatları dinlənilmiş və dəniz nəqliyyatı sahəsi ilə bağlı bir sıra mühüm sənədlərə təklif edilmiş dəyişikliklər nəzərdən keçirilib. Sessiyası zamanı Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi və dəniz nəqliyyatı sahəsinə dair bir sıra digər mühüm normativ sənədlər barədə də ətraflı müzakirələr aparılıb.
Assambleyasının 29-cu sessiyasında Beynəlxalq Dəniz Təşkilatının Ali İcra orqanı olan Şura Üzvlüyünə seçkilər keçirilmiş, ümumilikdə 40 dəniz Dövləti Şuranın yeni Üzvlüyünə seçilib.
Sessiya müddətində, həmçinin Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, Sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşləri keçirilmiş və fikir mübadiləsi aparılıbr.
Dünyanın 171 Dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 29-cu sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırıb.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18