Qərb və Rusiyanın Azərbaycan uğrunda amansız savaşı
12:00 04-12-2015
CƏMİYYƏT
Birinci rəsmi Bakını öz yanında görmək, Kreml isə Avrasiya İttifaqına çəkməyə çalışır...
Bir müddət öncə Astanada MDB dövlət başçılarının zirvə görüşündə sammitə qatılan ölkələrin 2020-ci ilədək hərbi əməkdaşlığı konsepsiyası layihəsinin, vahid valyutaya keçilməsi və digər 22 sahə üzrə koordinasiya olunmuş əməkdaşlıq məsələlərinin müzakirəyə çıxarılması Azərbaycanı Rusiya ilə siyasi-iqtisadi, hərbi təhlükəsizlik və digər müstəvidə daha da yaxınlaşdırıb. Sözügedən sammitdən sonra Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına dair məsələ yenidən gündəmə gəlib.
Xarici işlər naziri Elmar Məmmədyarov da bunun mümkün ola biləcəyini dolayısı yolla vurğulayıb. Artıq Rusiyanın Azərbaycanı AİB-nə cəlb etmək üçün diplomatik fəallığını artırdığı bildirilir. Lakin Azərbaycan digər tərəfdən Şərq Tərəfdaşlığı Proqramı və Yaxın Qonşuluq siyasəti proqramı üzrə öhdəliklərə malikdir. Rəsmi Bakının Kremlin təkliflərini qəbul etməsi adekvat etirazla qarşılana bilər. Eyni zamanda Ermənistan AİB-in üzvü olduğuna görə, Azərbaycanın işğalçı ölkə ilə eyni qurumda təmsil olunması dövlət maraqlarına ziddir. Ona görə də Rusiyanın təklifinin qəbul ediləcəyi hazırkı şəraitdə real görünmür.
Rusiyanın Avrasiya İttifaqı Birliyini yaratdığı ilk gündən Azərbaycanı da bu quruma cəlb etməyə çalışır. Çünki söhbət tək Azərbaycandan yox, bütün postsovet məkanından və MDB-yə üzv dövlətlərdən gedir. Azərbaycanı bura cəlb eləmək üçün xüsusi səylər göstərilir. Çünki bəlli olduğu kimi, Azərbaycanın iqtisadi baxımdan tərəfdaşı Qərb ölkələridir. Azərbaycan enerji daşıyıcıları ixrac edən ölkədir və Azərbaycanın ixracatının demək olar ki, 90 faizi Qərb dövlətlərinin payına düşür. Azərbaycan idxalının da önəmli bir hissəsi qeyri MDB dövlətlərinin payına düşür. İqtisadi səbəblərdən AİB Azərbaycan üçün önəmli deyil. Onlar isə istənilən halda çalışır bu quruma cəlb eləsin və öz təsir dairəsinə götürsün. Azərbaycan vəzifəliləri də müəyyən bəyanatlar verirlər. Amma əslində bu istiqamətdə heç bir addım atmırlar.
Həm də söhbət təkcə Ermənistanın da orda təmsil olunmasından getmir. Azərbaycan bir çox beynəlxalq qurumlarda təmsil olunur eyni zamanda o qurumlarda Ermənistan da var. Bu, faciə deyil, normal praktikadır. Amma AİB Azərbaycanın iqtisadi maraqlarına cavab vermir. Məsələn bizdə hakimiyyət AİB-nə qoşulmaq barədə müəyyən bəyanatlar səsləndirir. Hələlik addımlar atılmır. Düşünmürük ki, yaxın zamanda real addımlar atılacaq.
Azərbaycanın AİB-nə qoşulması ehtimalına gəlincə, bəzi ekspertlə bunun nəzəri cəhətdən mümkünlüyünü istisna etmirlər. Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, bu cür bəyanatın alt qatında başqa məqsədlər də gizlənə bilər. Bunun da bir səbəbi var, vaxt udmağa çalışmaq. Yəni proses getsin, görək bizdə nə baş verir. Azərbaycan hökuməti maksimal dərəcədə çalışacaq ki, müəyyən diplomatik söhbətlər aparmaqla vaxt əldə eləsin. Amma faktdır ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Odur ki, Azərbaycan dövləti Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir.
Həm siyasi, həm də iqtisadi məsələləri nəzərə alaraq balanslı siyasət yürütmək lazımdır. Hansı təşkilatda bizim maraqlarımız təmin olunacaqsa, o variant daha əlverişlidir. Təbii ki, burda böyük dövlətlərin öz maraqları var. Biz də bundan maksimum yararlanmalıyıq. Siyasi cəhətdən Qarabağ probleminin həlli yolları bu təşkilatların hansında təmin olunacaqsa, biz o qurumla daha sıx əməkdaşlıq etməkdə maraqlı olacağıq.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18