Azərbaycandakı məscidlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək
12:03 04-12-2015
CƏMİYYƏT
Mübariz Qurbanlı: "Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək"
"Azərbaycandakı məscidlərdə veb-kameralar quraşdırılacaq, təhlükəsizlik tədbirləri gücləndiriləcək". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, Lənkəran rayonunda, habelə bir çox rayonlarda fəaliyyət göstərən məscidlərin axundlarına radikal qruplar tərəfindən təzyiqlər edilib və nəticədə axundlar zəiflik göstərərək minbəri radikal qruplara verib: "Bu halların baş verdiyi məscidlərin siyahısı bizdə var. Kim olur olsun, lap 50 nəfər onlar, bir nəfər sizsizinizsə, minbəri və mikrofonu heç kimə verməyin. Məscid müqəddəs yerdir. Məscidin minbərini heç kimə, o cümlədən də radikal qruplara vermək olmaz. Əgər radikal qruplar sənin əlindən minbəri alırsa, deməli sənin orada qalmağa mənəvi haqqın yoxdur".
Komitə sədri qeyd edib ki, bu cür hallar baş verən zaman mütləq hüquq-mühafizə orqanlarına xəbər verilməlidir: "Biz xarici ölkələrdə dini təhsil almaq istəyənlərlə bağlı məhdudiyyətlər tətbiq edəcəyik. Çünki 17 yaşındakı insan gedib oxuduğu ölkədə gördüklərini Azərbaycana gətirmək istəyəcək. Hesab edirəm ki, dini islahatları davam etdirilməli, dövlət-din münasibətlərinin ideal formasını yaratmalıyıq".. O bildirib ki, məscidlərdə qanuni imamlar fəaliyyət göstərməlidir: "Qanuni imamlar məscidlərdə moizə oxumalıdır. Ancaq bu gün Nardaran məscidində kimlərsə qanunsuz moizə oxuyur. Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürəcək. Şeyxülislama bu haqda məlumat vermişik. Nardaranda yalnız bir məscid rəsmi qeydiyyatdan keçib. Nardaranda və başqa yerlərdə radikal cücərtilərin qarşısı alınmalıdır. Biz ənənəvi islamı qorumalıyıq. Ənənəvi islam da peyğəmbərimizin sünnəsidir".
Komitə sədri əlavə edib ki, Azərbaycanın dünyəviliyinə, azərbaycançılıq ideologiyasına istənilən müdaxilənin qarşısı alınacaq: "Dövlət həmişə güzəştə gedib. Şeyxülislam bu məsələlərin həll olunmasında iştirak edib. Biz sonsuza qədər bu məsələlərə dözüm göstərə bilməzdik. Tolerantlığın da bir həddi var. Azərbaycan dünyəvilik prinsipinə söykənir. Bu da ümumxalq referendumu ilə belə olub. İslam dünyasında baş verən hadisələri hamı görür. İslam adı altında fəaliyyət göstərən qruplardan başqa dövlətlərin istifadə etdiyinin şahidiyik".
M. Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin dövlət-din münasibətlərinin tənzimlənməsində müstəsna xidmətləri var: "Ölkə qanunları var, QMİ-nin nizamnaməsi var. Din sahəsində nə qədər uğurlarımız varsa, bu uğurların sahibi bizik. Din adından sui-istifadə varsa, bunun aradan qaldırılmasına da cavabdeh bizik. Biz başqa ölkələrin dövlət modelinin Azərbaycanda tətbiq edilməsinə imkan verməməliyik. İmkan verə bilmərik ki, kimlərsə Allah evini siyasət meydanına çevirsin. İslam dini bəndə ilə Allahın bağlılığını təmin edən dindir".
T.Əliyev
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15