Elmar Məmmədyarov: "Lavrovun təklifləri Qarabağ danışıqlarına yaxşı təkan verə bilər"
12:30 04-12-2015
CƏMİYYƏT
"ATƏT DTİHB-nin Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etməkdən imtina etməsi ölkəmizin qurumla əməkdaşlıq perspektivlərini zəiflədir".
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqradda keçirilən 22-ci toplantısında çıxışı zamanı deyib. Nazir bildirib ki, yaranmış vəziyyət müvafiq prosedurlar tətbiq edilərək aradan qaldırılmalıdır.
E. Məmmədyarov dondurulmuş münaqişələrin regional sülh və sabitliyə əsas təhdid olduğunu da vurğulayıb: "Şuranın ötən il Bazeldə keçirilən toplantısından bəri Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyişə nail olunmayıb. Ermənistan rəhbərliyi danışıqlar prosesində ancaq imitasiya ilə məşğuldur".
Nazir Ermənistanın Dağlıq Qarabağın maddi-mədəni sərvətlərini talan etdiyini də diqqətə çatdırıb. "Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarında qalması regionda qeyri-sabitlik yaradan əsas amildir. BMT TŞ-nin qətnamələrində nəzərdə tutulduğu kimi Ermənistan qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan qoşunlarının çıxarılması Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə töhfə verəcək, münasibətlərin normalaşmasına gətirib çıxaracaq. Sergey Lavrov tərəfindən verilən təkliflər danışıqlar prosesinə yaxşı təkan verə bilər", - deyə nazir əlavə edib.
Digər Xəbərlər
2025-01-11 15:49:09
2025-01-11 15:40:57
2025-01-11 15:32:08
2025-01-11 15:18:55
2025-01-11 14:02:11
2025-01-11 13:00:03
2025-01-11 12:30:00
2025-01-11 12:27:00
2025-01-11 11:59:01
2025-01-11 11:38:41
2025-01-11 11:37:07
2025-01-11 10:35:05
2025-01-11 10:12:41
2025-01-11 09:54:26
2025-01-10 21:33:50
2025-01-10 19:30:38
2025-01-10 19:07:37
2025-01-10 18:38:43
2025-01-10 18:13:19
2025-01-10 17:57:00