Putindən Türkiyəyə qarşı ölümcül plan
12:51 05-12-2015
İQTİSADİYYAT
Rusiyalı politoloqdan sensasion açıqlama!
"Putin Türkiyəyə qarşı təkcə iqtisadi sanksiyalardan istifadə etməyəcək". Bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı politoloq Stanislav Belkovski söyləyib.
Onun sözlərinə görə, Rusiya Türkiyə üçün ölümcül təhdid hazırlayır: "Çox güman ki, Moskva kürdlərə iqtisadi və maliyyə dəstəyi verəcək. Prezident də buna eyham vurdu. Bu dəstək Türkiyə üçün ağrılı olacaq".
Bu arada ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin vahid antiterror cəbhəsi yaratmaq təklifinə rədd cavabı verib. strateq.az xarici mətbuata istinadən xəbər verir ki, departamentin rəsmisi Mark Toner İŞİD əleyhinə beynəlxalq koalisiyanın kifayət qədər səmərəli fəaliyyət göstərdiyini və yeni oxşar birliyə ehtiyac olmadığını bildirib: "Beynəlxalq koalisiya istər hava zərbələrində, istərsə də digər aspektlərdə hər bir gün bir az daha səmərəli işləyir".
Toner xatırladıb ki, bundan əvvəl ABŞ Rusiyaya 65 ölkənin təmsil olunduğu hazırkı beynəlxalq koalisiyaya daxil olmağı təklif edib.
Qeyd edək ki, dekabrın 3-də Vladimir Putin Rusiyanın Federal Məclisinə illik müraciətində terrorizmlə mübarizdə vahid cəbhədən çıxış etməyin vacibliyindən danışıb. Və beynəlxalq hüquq çərçivəsində, BMT-nin mandatı ilə fəaliyyət göstərəcək vahid antiterror cəbhəsinin yaradılmasını təklif edib.
Rusiya Suriyada güclənir
Suriyada hava əməliyyatlarını davam etdirən Rusiya bu ölkədə hərbi iştirakını bir az da gücləndirir. Xarici mətbuatn xəbər verir ki, Rusiya Suriyada daha bir hərbi baza qurur. Bu barədə Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqlarını Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, Rusiya artıq Şayrat aerodromunda yeni uçuş zolaqları qurmağa başlayıb.
Yeni hərbi bazanın bu ayın sonunda istifadəyə veriləcəyi bildirilir.
Xatırladaq ki, Rusiyanın Suriyadakı hərbi əməliyyatları Latakiyadakı Hmeymim aviabazasından başlamışdı.
Kürdlər Moskvanı
ifşa etdi: "Rusiyanın peykdən çəkdiyi görüntülər..."
Başqa bir məlumata görə, Şimali İraq regional kürd muxtariyyəti Rusiyanın İŞİD nefti ilə əlaqədar irəli sürdüyü iddiaları təkzib edib.
publika.az xəbər verir ki, muxtariyyətin hökumət sözçüsü Sefin Dizayi "Anadolu" agentliyinə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin paylaşdığı məlumatların doğru olmadığını deyib.
"Kürdüstan hökuməti olaraq Rusiyanın bu iddialarını rədd edirik. Boru kəmərləri Zaho və İbrahim Halil sərhəd keçid məntəqəsinə qədər Kürdüstan bölgəsinin mülküdür. Duhok və Badinan bölgələrindən çıxarılan neftin böyük bir hissəsi boru xətti ilə Türkiyəyə çatdırılır. Çıxarılan neftin bir qismi da TIR-larla nəql edilir. Kürdüstan bölgəsinin satdığı neftin İŞİD-lə heç bir əlaqəsi yoxdur. Peşmərgə İŞİD-lə mübarizə aparan ən əhəmiyyətli gücdür. Kürdüstan bölgəsinin İŞİD-ə fayda verən nefti birbaşa, ya da bilvasitə satması mümkündürmü? Kürdüstan İŞİD-in ticarətinə vasitəçilik edə bilərmi? Belə bir iddianı nə ağıl, nə də məntiq qəbul edər", - o, deyib.
Hökumət sözçüsü Rusiyanın məlumatları səhv mənbələrdən aldığını vurğulayıb.
Muxtariyyətin parlamenti enerji komissiyası başçısı Serko Cövdət bildirib ki, Rusiyanın peykdən çəkdiyi görüntülər Kürdüstan bölgəsindən Türkiyənin Ceyhan limanına neft daşıyan TIR-lara aiddir. "Təbii Ehtiyatlar Nazirliyimiz daha əvvəl də yüzlərlə TIR-ın Türkiyəyə neft daşıdığını açıqlamışdı. Neft Türkiyəyə TIR-larla gedir və bu sirr deyil. Rusiyanın əlində iddialarını sübut edəcək güclü sənədlər yoxdur. Belə bir iddia üçün güclü məlumat və sənədlərə ehtiyac var",- Serko Cövdət söyləyib.
Qeyd edək ki, Rusiya Türkiyə hakimiyyətinin İŞİD-lə neft biznesi olduğunu iddia edir. Rusiyanın iddialarına görə, Şimali İraq kürd muxtariyyəti İŞİD-in Türkiyəyə neft satışında vasitəçilik edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Türkiyə Rusiyanın İŞİD ilə neft ticarətinə cəlb olunduğuna dair sübutlara malikdir. O, sübutların bütün dünyaya təqdim ediləcəyini deyib.
Kadırov: "Onları o biri dünyaya göndərəcəyik!"
Çeçenistan prezidenti Ramzan Kadırov Suriyada milliyyətcə çeçen olan şəxsin qətlinə münasibət bildirib. O, edamı həyata keçirən İŞİD üzvlərinin cəzasız qalmayacaqlarını bildirib. publika.az xəbər verir ki, bu barədə REGNUM məlumat yayıb.
Məlumatda bildirilir ki, Kadırov öldürülən şəxsin milliyətcə çeçen olduğunu təsdiq edib. O, həmçinin həmin şəxsin xüsusi xidmət orqanına işlədiyinə inanmadığını qeyd edib: "Kim bizim vətəndaşımızı qətlə yetiribsə, o, yaşamamalıdır. Biz onu o biri dünyaya göndərəcəyik. Mən inanmıram ki, o, kiməsə işləyib, onun danışığından, oturuşundan hiss olunur ki, buna məcbur ediblər".
Qeyd edək ki, İŞİD-in Federal Təhlükəsizlik Xidmətinin agentini edam etməsilə bağlı məlumat yayılıb.
Terror qruplaşması internetdə edamın videosunu yerləşdirib. Videoda bildirilir ki, rus agenti 2014-cü il Maykopda Federal Təhlükəsizlik Xidmətinə cəlb edilib. Onun daha sonra İraqda İŞİD-in nəzarət etdiyi əraziyə göndərildiyi bildirilir.
İŞİD döyüşçülər həmçinin Rusiyanı yeni qanlı hücumlarla təhdid edirlər.
Şok iddia: 400
türkman qızını küçədə çılpaq gəzdirdilər
Türkiyənin "Kabadokya TV" kanalı Suriya türkmanlarına qarşı Əsəd rejiminin zülmlərindən bəhs edən sənədli film hazırlayıb. Xarici KİV xəbər verir ki, filmdə rejim güclərinin türkman kəndlərini bombalaması üçün istifadə etdikləri bəhanədən tutmuş, qızların zorlanmasına qədər bütün zülmlər yer alır.
Türkman döyüşçü Əli Molla Musa deyir ki, ibtidai sinif şagirdləri divarlara "biz azadlıq istəyirik, bu rejimi istəmirik" deyə yazı yazıblar: "Rejim əsgərləri həmin uşaqların dırnaqlarını maqqaşla çıxartdı. Yaşlı insanlar toplaşıb getdik və soruşduq ki, niyə belə etmisiniz? Axı onlar uşaqdırlar. Valideynlərini çağırın, cəzalandırın. Müharibə oradan başladı".
Türkman döyüşçü qeyd edib ki, Əsəd rejiminə qarşı çıxmalarına səbəb namuslarına, şərəf və ləyaqətlərinə toxunmaları olub.
Türkman Şəhidləri tağımının komandiri Adil Orli isə bildirir ki, Əsəd rejimi döyüşçülərdən daha çox, sivil insanları hədəf seçir: "Əsəd rejiminin əsgərləri müsəlman olan 400 türkman qızını şəkər fabrikinə yığıb təcavüz etdilər. Daha sonra onları çılpaq halda küçələrdə gəzdirdilər".
Bayırbucaq bölgəsində hər gün bomba səsləri eşidilir, hər gün bir ev partladılır. İnsanlar canlarını qurtarmaq üçün evlərini tərk edirlər və insanlar hər gün ölümü gözləyir.
Türkman Dağını qoruyan bölüyün komandiri Ahmet Arnavut rejim güclərinin havadan, sudan və qurudan hücum etdiyini bildirir. Lakin türkman döyüşçülər sonuna qədər döyüşmək, vətənlərini qorumaq niyyətindədirlər.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52