3 il bundan əvvəl Nabrandakı "Nabran Holiday Village" istirahət mərkəzində baş verən hadisə dünən Antaliyada təkrarlanıb.
Hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirildiyindən 12 yaşlı qız uşağının ayağı sözügedən qurğuya ilişib. Xilasedicilər hadisə yerinə çatınca 12 yaşlı qızcığazın həyatını xilas etmək mümkün olmayıb.
Antaliyada 5 ulduzlu otelin hovuzunda 12 yaşındakı Minəl Karadiş boğularaq can verdi. Hovuzun döşəməsindəki qapağın açıq olduğundan Minəlin ayağı oraya ilişib.
Minəl Karadiş və ailəsi 9 günlük bayram tətilini keçirmək üçün əvvəlki gün Kemerdeki 5 ulduzlu OZKAYMAK Marina Otelinə gəliblər. Karadiş dünən, saat 16.00 sıralarında 1.70 metrlik yetkin hovuzuna girərək üzməyə başlayıb. Bir müddət sonra hovuza girən bir adam Karadişin suyun altında hərəkətsiz dayandığını görüb. Karadiş dərhal hovuzdan çıxarılaraq xəstəxanaya aparılıb.
Karadişə bütün tibbi müdaxilələr edilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Polis hadisələ əlaqədar istintaq başlayıb. İlkin açıqlamaya görə, "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirildiyindən təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlının ayağı sözügedən qurğuya ilişib. Kənar müdaxilə olmadığından 12 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, 2013-cü ildə iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri almışdı.