Son günlər Azərbaycanda havanın hərarətinin yüksəlməsi nəticəsində paytaxtda bu ilin ilk günvurma hadisələri qeydə alınıb.
Unikal.org xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, günvurma ilə bağlı son 2-3 gündə 4 nəfər təcili yardıma müraciət edib. Onlardan 1 nəfəri xəstəxanaya yerləşdirilib.
Müraciət edənlərin arasında bir neçə uşaq da var. Belə ki, iyulun 4-də 14 yaşlı uşaqla bağlı təcili yardıma müraciət daxil olub. Uşağa yerində tibbi yardım göstərilib.