Bakıda qətl törədilib.

Unikal.org bildirir ki, Nəsimi Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə 4-cü mikrorayon ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Əvəz Qasımov qısqanclıq zəminində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rəhim Süleymanovu bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisə baş verən evdə Ə. Qasımovun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın kirayədə yaşayır. Ə. Qasımov evə gələrkən onu R. Süleymanovla bir yerdə görüb. Nəticədə Ə. Qasımov R. Süleymanovu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.