Tbilisidə keçirilən ATƏT PA-nın 25-ci sessiyasında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, 54 ölkədən 700 nümayəndənin iştirak etdiyi sessiyasında avstriyalı deputat Kristin Muttonen 86 səslə ATƏT PA-nın prezidenti seçilib.
Fransız deputat Alen Neri 26, gürcü deputat Giqi Tsereteli isə 73 səs toplayıb.
Səsvermə iki dəfə aparılıb. Öncə namizədlərin aldığı səs yetərli olmayıb.
Qeyd edək ki, ATƏT PA-nın prezidenti İlkka Kanerva bu vəzifəyə 2014-cü ildə seçilib, bu il onun səlahiyyət müddəti başa çatıb.
ATƏT PA-nın 25 illik sessiyasında Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.