Oliqarxların özəl klinikaları ilə bağlı şok gəlişmə
11:42 26-12-2015
İQTİSADİYYAT
Manatın ucuzlaşması onları da çökdürməyə başladı
Mərkəzi Bankın "üzən məzənnə" siyasətinə keçidi və manatın növbəti şok devalvasiyası cəmiyyətdə çaşqınlıq yaratmaqla bərabər, bütün sahələrə mənfi təsirlərini göstərməyə başlayıb.
Devalvasiyanın doğurduğu ağır iqtisadi şərait müxtəlif qurumlarda ixtisarları labüdləşdirib.
Hətta Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) əlavə xərcləri azaltmaqla qənaət rejiminə keçdiyini bəyan edib.
Bununla yanaşı, bank sektoru, özəl xəstəxanalar ixtisarlar gedəcək sahələrin önündə gəlir. Bir sıra özəl klinikalarda çalışan tibbi personalın verdiyi məlumata görə , srağagündən etibarən işdən çıxarılma ilə bağlı xəbərdarlıq alıblar. Hətta məsələ ilə bağlı bir çox xəstəxana rəhbəri işçilərlə görüşüb, vəziyyəti müzakirə edib.
Bakıda kifayət qədər məşhur olan klinika rəhbəri indiki vəziyyətdə işçi heyətinə əmək haqqı ödəmək iqtidarında olmadığını bildirərək, xəstəxananı bağlayacağını deyib. Eyni halın daha bir neçə özəl xəstəxanada yaşandığı bildirilir.
Bu gün Azərbycanda 500-dən çox özəl klinikanın fəaliyyət göstərdiyini, onların hər birində onlarla insanın çalışdığını və həmin xəstəxanaların böyük əksəriyyətinin bağlanmaq təhlükəsilə üz-üzə gəldiyini nəzərə alsaq, demək olar ki, Azərbaycanda səhiyyə sahəsində də böyük işsizlər ordusunun yaranmasına çox qalamyıb3
Aydın məsələdir ki, Azərbaycandakı iri biznes sahələri konkret məmurların nəzarətindədir. Bir sıra oliqarxların biznes imperiyalarına isə özəl klinikaların daxil olduğunu hər kəs bilir.
Bundan başqa bəzi deputatların, icra başçılarının da özəl klinikalarının olduğu heç kimə sirr deyil.
Amma görünən odur ki, manatın bir il ərzində ikinci dəfə və daha kəskin devalvasiyası artıq qeyri-dövlət tibb müəssisələrini də çıxılmaz vəziyyətdə qoyub. Bu isə o deməkdir ki, bir sıra məmurların və millət vəkillərinin ciddi gəlir qaynaqlarından biri təhlükə altındadır. Onlar özəl klinikaları vasitəsilə kifayət qədər iri pullar qazanırdılar. Artıq həmin gəlirlərdən məhrum olma təhlükəsi qapının qarşısını kəsdirib.
Onu da deyək ki, ölkə vətəndaşlarının hazırda ölkəmizdə fəaliyyət göstərən bəzi özəl klinikalardan həm onların qiymətlərinə, həm də bu müəssisələrdəki xidmətin keyfiyyətsizliyinə görə narazı qalmaları tibb sahəsinin ənənəvi problemlərindən biridir. Təəssüf ki, özəl klinikalarla bağlı çoxsaylı problemlərin həlli istiqamətində illərdən bəridir heç bir təsirli addım atılmır, onlar özbaşınalıqlarını davam etdirirlər.
Ekspertlər bunu məhz həmin özəl klinikaların məmur himayəçiliyində olması ilə əlaqələndirirlər. Yəni hər bir qeyri-dövlət müəssisəsinin arxasında nüfuzlu şəxslərin (bu oliqarx məmur da, millət vəkili də ola bilər) dayanması özəl klinikaları az qala toxunulmaza çevirib. Nəticədə itirən vətəndaş, qazanan isə kimlərinsə şəxsi cibidir!
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52