Gəncədə qadın sirkə turşusu içərək intihara cəhd edib.
Unikal.org APA-ya istinadən məlumat verir ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Tünzalə Qurbanova sirkə turşusu ilə kəskin zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, T. Qurbanova intihar etmək məqsədi ilə sirkə turşusu içib. Yaxınları tərəfindən o dərhal tibbi xəstəxanaya çatdırılıb