Ermənistanın Sünik vilayətində hərbi maşın aşıb.
Unikal.org news.am xəbər portalına istinadən verdiyi məlumata görə, içərisində hərbçilər olan QAZ-66 markalı avtomobil Karmrakar kəndində qəzaya uğrayıb.
Hadisə nəticəsində 11 hərbçi xəsarət alıb. Onlar Kapan tibb məntəqəsinə göndəriliblər, xəstəxanadan hərbçilər üçün həyati təhlükənin olmadığı bildirilib.