Bakıda körpələr evi və uşaq bağçası qarət olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, hadisə Xətai rayonu ərazisindəki "Körpələr evi"ndə və uşaq bağçasında baş verib. Hər iki müəssisəsyə pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlanıb.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Fəxrəddin Novruzov tutulub.