Moskva vilayət məhkəməsində mərhum kriminal avtoritet Aslan Usoyana ("Ded Xasan) yaxın olan "qanuni oğru Artyom Arakelyanın (Artyom Lipetski) və "avtoritet Denis Paninin səs-küylü məhkəməsi olmalıydı. Amma...

Unikal.org Virtualaz.org-a istinadən bildirir ki, məhkəməyə aparılarkən Panin yolda müəmmalı şəkildə yoxa çıxıb.

Situasiyaya yaxın mənbənin dediyinə görə, Panin ilkin istintaq dövründə "Matrosskaya tişinaın təcridxanasında saxlanılıb. Lakin sonradan onu 4 saylı həbsxanaya köçürüblər.

Məlumata görə, 4 saylı həbsxanada onu məhbusları daşıyan xüsusi maşına mindiriblər. Ancaq o məhkəməyə gəlib çıxmayıb.

O vaxtdan iki həftə keçib. Amma hələ də bilinmir ki, Paninlə bağlı nə baş verib.

Məlum olan yalnız budur ki, o hazırda paytaxtdakı həbsxana və təcridxanaların heç birində yoxdur.

Xatırladaq ki, dəfələrlə həbs olunmuş Panin 2013-cü ilin yanvarında snayper tərəfindən güllələnən "Ded Xasanın ən yaxın, etibarlı adamlarından biri olub və onu müxtəlif riskli görüş və danışıqlarda müşayiət edib.