Müasir dövrün mühüm proseslərindən biri də qloballaşmadır. Hüquqi dövlət və vətəndaş quruculuğu yolunda olan bütün dövlətlərdə bu prosesə təbbi və mühüm faktor kimi baxılır. Çünki bəşəriyyət dəyişən iqtisadi, sosial-mədəni və siyasi dəyişikliklərin əhatəsindədir. Nəticədə Yer kürəsində yaşayan bütün xalqların, millətlərin və ölkələrin inteqrasiyası qloballaşmanı zəruri amillərdən birinə çevirmişdir.
"Qlobal" sözü latın dilində "globe" - kürə anlamını verir. Müasir siyasi etimologiyası "geniş əhatəli", "planetar" və s. kimi yozulur. Məsələn, qlobal ekoloji problem, qlobal iqlim dəyişməsi, qlobal ərzaq çatışmamazlığı, qlobal təhlükəsizlik və s. Bu gün mədəniyyətlərin dialoqu, beynəlxalq sülh və təhlükəsizlik kimi anlayışlar da qloballaşmanın təzahürlərindəndir.
Qloballaşma, informasiya cəmiyyəti, açıq cəmiyyət ideyaları ilə bərabər, sosial-iqtisadi həyatın humanistləşməsi, planetin bütün əhalisinin mənafeyi nəzərə alınmaqla yer kürəsinin təbii-resurs potensialının istifadəsinin effektivliyi üzərində fəal nəzarətin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, gəlir və kapitalın daha düzgün bölüşdürülməsi yolunda əhalinin sosial müdafiəsi məsələlərini əsas tutan, dünyanın və qlobal iqtisadiyyatın sabit inkişafının hərtərəfli tərəqqisi ideyasına söykənən etik-fəlsəfi, sosial-iqtisadi, siyasi-ideoloji, dini-əxlaqi meyarlara söykənən yeni inkişaf strategiyasının konseptual əsasları - III minillikdə vahid sivilizasiyayaratma ideyası hansı sivilizasion dəyər və parametrlər əsasında yaranmalıdır? Hansı inkişaf modelləri və sivilizasiya dəyərləri rasionalizm, texnologizm və proqressivizm zirvələrini aşmağa cəhd edən "təkcə bütün şeylərin ölçüsü" deyil, həm də planetar "siyasi sabitliyi və mütərəqqi inkişafı təmin edən qüvvələrin yeganə mənbəyi" olan insanı "postindustrial cəmiyyət" və "texnogen erası"nda dərin dəyişikliklərə sövq edəcəkdir.
İnkişafın bu "üçüncü yolu"-qlobal iqtisadi, sosial-siyasi sabitlik yaratmaqla vahid sivilizasiya formalaşdırmaq ideyası III minillikdə daha çox filosofları, sosioloq və tarixçiləri düşündürməkdədir. Bu isə alternativ paradiqma və inkişaf modellərinin doğulmasına səbəb olmaqdadır. Bu alternativ "qloballaşma və antiqloballaşma: Vesternizasiya və modernizasiya" modellərinin hansı bəşəriyyətə daha yararlıdır və planetar inkişafda hansı dəyişikliklər yaradacaqdır. Bu kimi suallar çağdaş filosofları, sosioloq və tarixçiləri düşündürməkdədir.
Qloballaşma-yer kürəsində bütün ictimai fəaliyyətin beynəlmiləlləşməsi, milli iqtisadiyyatların vahid ümumdünya sisteminə qovuşmasıdır. Bu da öz növbəsində kapitalın asanlıqla yerdəyişməsinə, dünyanın informasiya üçün açıq olmasına, texnoloji inqilaba, sənaye cəhətdən inkişaf etmiş ölkələrin kommunikasiya yaxınlaşması əsasında əmtəə və kapitalın hərəkətinin liberallaşmasına, planetar elmi inqilaba, millətlərarası sosial hərəkatlara, yeni nəqliyyat növlərinə, telekommunikasiya texnologiyalarının reallaşmasına, internasional təhsilə əsaslanır.
Qloballaşma dövlət qüvvələri tərəfindən deyil, bazarla müəyyən edilən prosesdir. Qloballaşma həyatın yekcinsləşməsi: qiymətləri, məhsulları, səhiyyənin səviyyəsi və keyfiyyətini, gəlir səviyyəsini, bank qoyuluşlarını dünya səviyyəsində bərabərləşdirmə tendensiyası deməkdir. "Qloballaşma təkcə dünyadakı iqtisadi prosesləri dəyişmir, həmçinin onun strukturunu dəyişir. Bəşəriyyətə ağlasığmaz təsirlər edilir, transkontinental və regionlararası proseslər gedir ki, bunlar da öz növbəsində miqyasına görə qlobal qarşılıqlı asılılıq münasibətini formalaşdırır. Dünya iqtisadiyyatı sadəcə olaraq qarşılıqlı asılılıq vəziyyətinə düşmür, o praktiki olaraq vahidə-tama inteqrasiya edilir". Hər bir texnoloji çevriliş təkcə cəmiyyətin deyil, insanların fərdi həyat tərzində dərin dəyişikliklərə gətirib çıxarır. Cəmiyyətin informasiyalaşması ilə əlaqədar olan müasir texnoloji çevrilişin xüsusiyyətləri ondadır ki, o bəşəri qarşılıqlı təsirin qloballaşması və universallaşması üçün yeni şərtlər yaradır. Mikroelektronika, kompüterləşmənin geniş inkişafı, kütləvi informasiya və kommunikasiyanın inkişafı, əmək bölgüsü və ixtisaslaşmanın dərinləşməsinin sayəsində bəşəriyyət vahid sosial-mədəni bütövlüyün ətrafında birləşir. Bu cür vəhdətin mövcudluğu bütövlükdə bəşəriyyətə, eləcə də ayrı-ayrı şəxslərə öz tələblərini diqtə edir. Qloballaşma müasir dünyanın sosial həyat, siyasət, iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və s. sahələrində yeni keyfiyyət dəyişiklikləri ilə şərtlənən mürəkkəb proseslərin diferensiasiya və inteqrasiyalaşmasında öz əksini tapır. Qlobal sivilizasiyaya doğru dünya inkişafı ümumbəşəri mənafe parametrlərini meydana çıxarır. Qloballaşma-dünya inkişafının məntiqi nəticəsidir, müasir dövrümüzü əhatə edən bir inteqrasiya epoxasıdır. Dünyanın qloballaşma ilə dövrələnən inkişafı onun yenidən imperiyalaşma yox, sivilizasiyalaşma istiqamətində hərəkətini məntiqi sayır. O, müxtəlif sivilizasiyaların təmas enerjisindən doğur. Əmtəələrin ölkələr və iqtisadiyyatın bölmələri arasında hərəkəti; xidmətlərin ölkələr və iqtisadiyyatın bölmələri arasında hərəkəti; maliyyə kapitalının ölkələr arasında hərəkəti; insanların iqtisadi əməliyyatları həyata keçirmək üçün ölkələr arasında yerdəyişməsi; intellektual məhsulun və ideyaların tədqiqat və tədris mərkəzləri arasında hərəkəti qloballaşma prosesinin inkişafına təsir etməkdədir. Qloballaşma prosesi planetar meqacəmiyətin, meqamədəniyyətin və superetnosun formalaşmasını reallaşdırmaqdadır. İqtisadi inteqrasiya (beynəlxalq ticarət əlaqələri, investisiyalar) fərdi əlaqələr (beynəlxalq səfərlər, turizm, beynəlxalq danışıqlar), internet istifadəçiləri, serverlərin sayı və ölkənin beynəlxalq siyasətdə iştirakı (səfirliklərin sayı, beynəlxalq təşkilatların üzvü) parametrlərinə əsasən, qloballaşmış ölkə kimi, ilk beş yeri İrlandiya, İsveçrə, İsveç, Sinqapur və Niderland tutmaqdadır. Qloballaşma hələ ki, müvəffəqiyyətli inkişaf yolunda olan və sənaye cəhətdən inkişaf etmiş 60-dan yuxarı ölkəni əhatə edən inteqrasiya qruplarını-Aİ (Avropa İttifaqı), NAFTA (Şimali Amerika Azad Ticarət Zonası), ATES (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı), ASEAN (Cənubi-Şərqi Asiya Ölkələri Assosasiyası), Merkasur (Cənubi Amerika Ümumi Bazarı) əhatə edir. Bu ölkələr dünya ticarətinin ?-nü əhatə edir.
Qloballaşma prosesinin dərin analitik təhlili göstərir ki, o bəşəriyyətin tarixi inkişaf qanunauyğunluqları əsasında formalaşmış yeni obyektiv tarixi inkişaf mərhələsidir. Qloballaşma ən yeni informatika və telekommunikasiya vasitələri əsasında bəşəriyyətin böyük hissəsinin vahid iqtisadi-maliyyə, ictimai-siyasi və mədəni əlaqələr sisteminə cəlb olunması prosesidir. Sivilizasiyalararası dialoq və qarşılıqlı əlaqələrin zərurəti qanunauyğunluğunu yaradan inkişafdır. Yaşayışın ümumi standartlarının, etiketlərinin əmələ gəlməsi və dünyagörüşün tipologiyasında planetar meyarların qüvvətlənməsidir, meqasosiumun bütövlük formasıdır, dünya proseslərinin qarşılıqlı asılılığını təmin edən inkişaf prosesidir.
Qloballaşma indi bütün dünyanı ağuşuna almış mürəkkəb bir proses kimi qiymətləndirilməkdədir. Dünya kapitalist sisteminin yeni tarixi mərhələsini ifadə edən qloballaşma sanıldığı kimi heç də, bir formalı proses deyil. İqtisadi qloballaşmanın ön plana çıxması ilə birlikdə, kapitalist sistemini hərtərəfli əhatə edən qloballaşma əsasən üç sahədə bir-birini tamamlayaraq genişlənməkdədir. Bunlar iqtisadi, siyasi və mədəni sahələrdir. Bu sahələr adlarına müvafiq olaraq qloballaşmanın bir-biri ilə əlaqəli olan 3 əsas formasını təşkil edir. Lakin sözün həqiqi mənasında iqtisadi qloballaşma hazırda onun başlıca forması olaraq qalmaqdadır.
Qloballaşma prosesinin dərin analitik təhlili göstərir ki, o bəşəriyyətin tarixi inkişaf qanunauyğunluqları əsasında formalaşmış yeni obyektiv tarixi inkişaf mərhələsidir. Qloballaşma ən yeni informatika və telekommunikasiya vasitələri əsasında bəşəriyyətin böyük hissəsinin vahid iqtisadi-maliyyə, ictimai-siyasi və mədəni əlaqələr sisteminə cəlb olunması prosesidir. Sivilizasiyalararası dialoq və qarşılıqlı əlaqələrin zərurəti qanunauyğunluğunu yaradan inkişafdır. Yaşayışın ümumi standartlarının, etiketlərinin əmələ gəlməsi və dünyagörüşün tipologiyasında planetar meyarların qüvvətlənməsidir, meqasosiumun bütövlük formasıdır, dünya proseslərinin qarşılıqlı asılılığını təmin edən inkişaf prosesidir. Qloballaşma prosesi planetar meqacəmiyətin, meqamədəniyyətin və uperetnosun formalaşmasını reallaşdırmaqdadır. Qloballaşma-yer kürəsində bütün ictimai fəaliyyətin beynəlmiləlləşməsi, milli iqtisadiyyatların vahid ümumdünya sisteminə qovuşmasıdır. Bu da öz növbəsində kapitalın asanlıqla yerdəyişməsinə, dünyanın informasiya üçün açıq olmasına, texnoloji inqilaba, sənaye cəhətdən inkişaf etmiş ölkələrin kommunikasiya yaxınlaşması əsasında əmtəə və kapitalın hərəkətinin liberallaşmasına, planetar elmi inqilaba, millətlərarası sosial hərəkatlara, yeni nəqliyyat növlərinə, telekommunikasiya texnologiyalarının reallaşmasına, internasional təhsilə əsaslanır.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16