Əfsanəvi braziliyalı futboçu, üçqat dünya çempionu Pele üçüncü dəfə evlənir. 
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə " Mirror" məlumat yayıb.
Nəşrin məlumatına görə, 75 yaşlı Pele bu dəfə 50 yaşlı Marsiya Sibel Aoki ilə ailə həyatı quracaq. Onların 6 ildir bir yerdə olduqları bildirilir.
Cütlüyün toyu bir qədər əvvəl Pelenin səhhətində problem yaranması səbəbindən təxirə salınıb.
Qeyd edək ki, Pelenin əvvəlki iki evliliyindən beş övladı var.