Bakıda 17 yaşlı qız itkin düşüb.
Məlumata görə, Yasamal rayonu, Əkbərov küçəsində yaşayan İkram Müslümov polisə müraciət edərək bildirib ki, qardaşı qızı, 1999-cu il təvəllüdlü Müslümova Səbinə İlyas qızı naməlum şəkildə itkin düşüb. Şikayətçi qeyd edib ki, qardaşı qızı keçən ay onlara qonaq gəlib və iyunun 28-də axşam saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.
S.Müslümovanın xarakterik əlamətləri polisə təqdim edilib. Onun tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində iş aparılır.
(lent.az)