Tovuz rayonu, Bayramlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı ot tayası yanğından mühafizə olunub.
Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.