Daşkəsəndə bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Məlumata görə, hadisə rayonun Aşağı Daşkəsən adlanan ərazisində qeydə alınıb.
Rayon sakini 1984-cü il təvəllüdlü Azad Orucovun idarə etdiyi "VAZ 2106 ilə "Hyundai markalı avtomobilin toqquşması nəticəsində VAZ-ın sürücüsü A. Orucov, onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aynur Orucova və onların oğlu 2008-ci il təvəllüdlü İlkin Orucov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.