Salyan rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol tikintisinin işçiləri olan Sumqayıt şəhər sakini, 43 yaşlı Habil Cəmil oğlu Səlimovu və Siyəzən rayon sakini, 33 yaşlı Əbdül Şahbala oğlu Səfərlini yolda gedərkən avtomobil vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan hər iki yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra Əbdül Səfərli Bakı şəhərinə göndərilib, Habil Səlimov isə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.