Ödəmə terminallarında yalnış ödəniş necə aydınlaşdırlır. Səhv ödənişə görə həmin şirkətlər məsuliyyət daşıyırmı ?
Pul ödədi kontur başqa abonentə yükləndi. Bakı sakini Elnur Vəliyevin yükləmək istədiyi konturu səhvən başqasına gedib. Bir çox insan bu tipli problemlə demək olarki, tez tez qarşılaşır. Ödəniş terimanallarında belə halla qarşılaşan vətəndaşlar nə etməlidir? Onların səhvini terminalın aid olduğu şirkətmi düzəltməlidir?
Mütəxəssislər belə əməliyyatlar zamanı edilən səhvə görə ödəniş edilən şirkətin heç bir məsuliyyət daşımadığını bildirirlər.
Hüquqşünas Asif Abdullayevin sözlərinə görə əgər sistemin öz səhvi ucbatından hər hansı bir yanlış ödəniş həyata keçirilibsə, bu zaman həmin şirkətə qarşı hansısa tələb irəli sürmək olar. Terminallardan verilən qəbzlərin üzərində hər hansı bir xəbərdaredici məlumatların olmaması isə Mərkəzi Bankın xüsusi qaydalarına əsasən tərtib olunur.
Ekspertlər vətəndaşları bu cür neqativ hallarla qarşılaşmamaq üçün əməliyyat edərkən daha diqqətli olmağı tövsiyyə edirlər.