Atatürk hava limanında baş verən son terrordan sonra İŞİD-in yeni hədəf ölkələri müəyyənləşib.
"Milliyet aparılan əməliyyatlar nəticəsində Suriyaya sıxışan İŞİD-in Avropa və Türkiyədə yeni terror planları həyata keçirmək üçün döyüşçülərini Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərməyə başladığını yazır.
Bundan başqa, İŞİD-in son zamanlar azərbaycanlı və Şimali Qafqaz döyüşçüləri vasitəsilə Türkiyə və Azərbaycanda terror həyata keçirməyi planlaşdırdıqları qeyd edilir.
Əldə edilən digər məlumata görə, Türkiyə Baş Polis İdarəsinin əyalət müdirliklərinə göndərdiyi xəbərdarlıqda göstərilir ki, canlı bomba qismində Azərbaycanda terror planlaşdıran azərbaycanlı və qafqazlı İŞİD-çilərin hədəfində polislər və ailə fərdləri olacaq.