Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Dövlətalıbəyli kəndində qeydə alınıb.
Cəlilabadın Tahirli kənd sakini Telman Ağayevin idarə etdiyi "Lada Kalina" markalı avtomobil hərəkətdə olarkən rayonun Kövüzbulaq kənd sakini Həbulla İbrahimovun idarə etdiyi "VAZ-2107 markalı avtomobillə toqquşub.
Güclü zərbə nəticəsində hər iki avtomobilin sürücüsü aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bundan əlavə avtomobildəki sərnişinlərdən Xatirə İbrahimova və onun azyaşlı oğlu Feyruz İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına Yerləşdirilib. Burada yaralılara müvafiq tibbi yardım göstərilib, lakin vəziyyətləri ağırlaşdığından, Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.