Şakro Molody adı ilə məşhur olan qanuni oğru Zaxari Kalaşov Moskvada saxlanılıb.
Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Zaxari Kalaşov kriminal aləmdə 2013-cü ildə Ded Xasan adı ilə məşhur olan Aslan Usoyan öləndən sonra məşhurlaşdı.
Kalaşov 2015-ci ildə dekabrın 14-də Moskvada restoranın yaxınlığında iki nəfəri qətlə yetirməkdə şübhəli bilinir.
"İnterfaksın məlumatına görə, Kalaşov həmçinin "Element restoranının sahibindən iri məbləğdə güclə pul almağın təşkilində ittiham edilir. Bu pul tələb etmə hadisəsi dekabrın 14-də iki nəfərin ölümü ilə nəticələnib.
Hüquq-mühafizə orqanlarında münaqişənin müəssisənin sahibləri və təmir şirkəti arasında baş verdiyi bildirilib. Hər tərəf söhbətə bir neçə adam gətirib, sonradan mübahisə atışmaya çevrilib.
Kalaşov Rusiyada dəfələrlə həbs edilib, məhkəmə qarşısına çıxıb, daha sonra isə 2008-ci ildə, cinayətkar gəlirlərin yuyulmasında təqsirkar bilinərək İspaniyada həbs edilib. Gürcüstanda Şakro qiyabi olaraq 18 il müddətinə məhkum edilib.