Futbolçu Ramil Şeydayev rəsmən Azərbaycan vətəndaşı olub. 
Unikal.org anspress-ə istinadən xəbər verir ki, 20 yaşlı "Zenitin sabiq futbolçusunun aqenti Sergey Kuşov bu barədə məlumat verib.
"Ötən gün Şeydayev Azərbaycan vətandaşı olub. O, Azərbaycan millisində oynamaq istəyir. Hazırda o, bu işlə məşğuldur. AFFA FİFA-ya futbolçunun vətandaşlığını dəyişmək üçün sorğu göndərib.
Ramil Şeydaev "Zenitin yetirməsidir. İlk dəfə 2014-cü ildə o, Sank Peterburq klubunda debut edib. Hücümçunun hesabında 5 rəsmi oyun var.
Bu gün "Trabzonspor" azərbaycanlı futbolçu ilə 4 illik müqavilə bağlayıb. Super Liqa klubu Şeydayevin maaşını da açıqlayıb. Futbolçu 2016/17 mövsümündə 430, 2017/18 mövsümündə 350, 2018/19 mövsümündə 400, 2019/20 mövsümündə isə 450 min avro olmaqla ümumilikdə 1 milyon 630 min avro (təxminən 2,8 milyon manat) qazanacaq. Ramil tibbi müayinədən keçərək artıq komandanın Slovakiya toplanışına yollanıb.
Ramil Şeydayev 1996-cı martın 15-də Sankt-Peterburqda dünyaya gəlib. Atası azərbaycanlı, anası rus olan futbolçu 2013-cü ildən "Zenit"in ikinci komandasında çıxış edir. Bir mövsüm sonra A komandasına yüksələn futbolçu 2015-ci ilin yayında "Rubin"ə icarəyə verilmişdi. Rusiyanın U-17, U-19 və U-21 yığmalarında meydana çıxdığı 67 oyunda 40 qol vuran futbolçu 2013-cü ildə 17 yaşadək futbolçular arasında Avropa çempionu olub.