ABŞ-ın keçmiş prezidenti kiçik Corc Buş Dallasda (Texas ştatı) həlak olan polislər üçün oxunan cənazə duasında rəqs edib.
Unikal.org türkiyə mətbuatına istinadən bildirir ki, bu "Respublikanın döyüş himni"nin ifası zamanı baş verib.
Keçmiş prezident rəqs zamanı bir əli ilə öz arvadı Lora Buş, digər əli ilə hazırkı prezident Barak Obamanın xanımı Mişel Obamanın əlini tutub. Nəşr yazır ki, ABŞ-ın birinci xanımı Buşun davranışına görə utanıb.
Onun rəqsi sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. "Twitter"in bəzi istifadəçiləri keçmiş dövlət başçısının hərəkətini tənqid ediblər, bəziləri isə onu məzəli adam adlandırıblar.
Qeyd edək ki, iyulun 8-də polis özbaşınalığına qarşı etiraz aksiyası zamanı Dallasda bir qrup silahlı polislərə atəş açıb. Nəticədə 5 polis əməkdaşı ölüb, daha 6 polis yaralanıb.