Azərbaycan-Gürcüstan sərhədində zəlzələ baş verib.
Unikal.org bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən report-a verilən xəbərə görə, ilkin məlumatlara əsasən, yerli vaxtla 14:14:03- də Qazaxdan 94 km şimal-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində 3 baldan artıq hiss olunub.
Yeraltı təkanların maqnitudası 5.2, dərinliyi 10 km olub.