Almaniya hökuməti vətəndaşlarını Cənubi Sudandan çıxarır.
Unikal.org xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
İnformasiyada bildirilib ki, buna səbəb olaraq, ölkə paytaxtı Cubada hakimiyyətlə müxalifət arasında baş verən silahlı toqquşma göstərilir.
Almaniyanın Xarici İşlər Nazirliyi bu ölkədəki vətəndaşlarını təxliyə etməyə başladığını açıqlayıb. Qurumun açıqlamasına əsasən, hazırda Cənubi Sudanda Almaniyanın yüz vətəndaşı var.
Məlumata görə, ABŞ Cənubi Sudankaı səfirliyinin əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu ölkəyə 40 hərbçi göndərəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl hakimiyyətlə müxalifət arasında baş verən silahlı toqquşma nəticəsində 300-ə yaxın insan ölmüşdü.