Azəri Günel iki il aradan sonra "Gel Çağıramam adlı singl buraxıb.

Unikal.org "Qafqazino"-ya istinadən xəbər verir ki, yeni mahnısından danışan müğənni, eyni zamanda biznes fəaliyyətindən də bəhs edib.

Pizza restoranı olduğunu deyən müğənni yemək bişirməyi çox sevdiyini bildirib: "Əlim çox dadlıdır. Mətbəxi çox sevirəm, çox oluram orada. Salat sousları, makaronlar, toyuqlar hazırlayıram. Şükür Allaha zəhərlənən olmayıb.

-Sizi alan yaşadı o zaman ?

-Vallah bilmirəm. Məni alan yaşadı, yaşayır da.

-Alan biri var, yəni?

-İnşallah. Hər şey qismət. Mən gözə çox inanıram.

Brilliant işinə başladığını təsdiqləyən Günel GNL Diamonds adlandırdığı zərgərlik evinin zinət əşyalarının dizaynlarını da özü hazırladığını bildirib.

-Xəyalınızdakı təkdaşı dizayn etmisiniz?

-Hər kəsdəkindən fərqli, özümə görə bir şeylər çəkmişəm. Mənim üçün önəmli olan taxdınsa, onu ömür boyu çıxartmamaqdır. Evlənmək bir dəfədir, boşanmaq yoxdur