Nitsada törədilən terror aktı nəticəsində ölənlərin sayı 80 nəfəri keçib.

Unikal.org-un xəbərinə görə, bu barədə RTBF telekanalı məlumat yayıb.

"İlkin məlumata görə, ölənlərin sayı 80 nəfəri keçib, 100-dən çox insan yaralanıb, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda "Bastiliya qalasının alınması bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb.





Saldırgan 31 yaşında ve Tunuslu iddiası