Ötən gecə Fransanın Nitsa şəhərində terror aktı törədilib. Terror nəticəsində ölənlərin sayı 84-ə çatıb.
Türkiyə mətbuatı xəbər verir ki, terror sosial şəbəkədə şiddətlə qınanılıb. Terroru lənətləyənlər arasında dünya şöhrətli müğənni Rianna da olub. O, sosial media hesabında status yazaraq məyus olduğunu və bu gün baş tutacaq konsertini ləğv etdiyini bildirib.