Gəncə şəhər sakini külli miqdarda narkotiklə yaxalanıb.

Unikal.org-un  Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Elşad Həsənov 3 kiloqram 337 qram marixuananı satarkən tutulub.