Fransanın Nitsa şəhərində məşum terror aktı törədərək 84 nəfərin ölümünə, 120 nəfərin yaralanmasına səbəb olmuş terrorçunun polislər tərəfindən zərərsizləşdirildiyi anın videosu yayılıb.
Unikal.org RT-yə istinadən bildirir ki, 25 tonluq yük maşını ilə Nitsadakı "Promenad des Anglais" bulvarında qarşısına çıxan hər kəsi əzən şəxs şəhər sakini, 31 yaşlı Mohamed Lahouaiej Bouhled olub.
İŞİD-lə çox sıx ələqaləri olduğu iddia edilən bu şəxsi polis güllələyib. Yalnız bundan sonra bulvarda qətliam vasitəsinə çevrilmiş yük avtomobilini dayandırmaq mümkün olub.