Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə Gömrük Postunda İrandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilindən 10 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Bu barədə Unikal.org-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan vətəndaşının avtomobilinə tütün məmulatlarının axtarışı üzrə təlim keçmiş "Belıy ləqəbli xidməti itin tətbiqi ilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin döşəməsinin sağ və sol tərəf kənarlarında olan boşluqlardan gömrük nəzarətindən gizlədilən 10 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.