Rusiyanın "Life telekanalı Fransanın Nitsa şəhərində 84 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı terror aktının 3D formatında görüntülərini hazırlayıb.
Hadisə iyulun 14-də Fransanın milli bayramı - Bastiliyanın alınması günü minlərlə turist və yerli sakinlərin atəşfəşanlığı izləmək üçün toplaşdığı şəhərin "İngilis çimərliyi adlı hissəsində baş verib.
Sonuncu atəşfəşanlıq zamanı yaxınlıqda dayanan ağ rəngli yük maşını hərəkətə başlayıb və kütləyə istiqamətlənib. Saatda təxminən 70 kilometr hərəkət edən yük maşını insanları əzərək iki kilometr məsafəni qət edib.
Hadisə şahidlərinin sözlərinə görə, yük maşını ziqzaq cızaraq hərəkət edib. İnsanların çoxu əvvəlcə sürücünün vəziyyətinin pis olduğunu düşünüb. Lakin sonda onun əsl məqsədinin terror olduğu aydınlaşıb. Bir müddət sonra yük maşında olan şəxs ətrafdakı insanlara atəş açmağa başlayıb.
Terror aktını törədən şəxsin kimliyi bililib. O, əslən Tunisdən olan 31 yaşlı Məhəmməd Lahouaiej Bouhleldir.
Məlum olub ki, o, terrorun törədilməsində istifadə etdiyi yük maşınını icarəyə götürüb.
Qeyd edək ki, ötən gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb. Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.