ATV-də yayımlanan "Qonaq gəl bizə" verilişində qonaq olan müğənni Niyam Salami həmkarlarını sərt tənqid etdi.

Unikal.org atv.az-a istinadənbildirir ki, o, ikiüzlü, "saxta" həmkarlarından danışdı: "Həmkarlarımla bağlı fikirlərimi tam sərbəst ifadə edə bilirəm. Necəyəmsə, elə də danışıram. Heç vaxt obraza girmirəm. Elə müğənnilər var ki, mikrofon qarşısında nəsli də yadından çıxır. Məni çox adam sevmir. Çünki hər şeyi düzgün, dəqiq deyirəm. Dostlarım var ki, yalandan özlərini çox istəyən kimi göstərirlər. Sənət sahəsində kişi müğənnilər içində dostum Yaşar Cəlilovdur".