Şəmkirdə toyda 3 nəfər bıçaqlanıb.
Məclisdə kifayət qədər spirtli içki qəbul edən şəxs sərxoş halda 3 nəfəri bıçaqlayıb. Biçaq zərbəsinə tuş gələnlərədən ikisi qardaş, digəri isə yaxın qohumdur.
Unikal.org Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki,Şəmkir rayonunun Bayramlı kəndində keçirilən toy mərasimində kütləvi dava baş verib. Kənd sakini, 28 yaşlıPərvin Kərimovağır dərəcəli sərxoş vəziyyətdə 3 nəfər toy iştirakçısını bıçaqlayıb. Yaralılar - 40 yaşlıNicat Cəfərov, qardaşı 32 yaşlıSeymurvə həmkəndliləri 33 yaşlıMahmud MahmudovŞəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.Vəziyyəti ağır olan hər üç şəxs cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Nurlan Qurbanov- həkim:"Bizim xəstəxanaya 3 nəfər bıçaq yarası ilə daxil olub. Vəziyyətləri ağırdır. Xəstə 40 yaşlı Nicat Cəfərov əməliyyat olunan zaman 2 bıçaq yarası aşkarlandı, yaralar işləndi. Xəstələr ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirildi".
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pərvin Kərimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.