Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib.
Bu barədə  unikal.org-a"Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək.