"Real Madrid" Şimali Amerika turnesinə yollanıb. Karyerasını "Montreal İmpact"da davam etdirən Didye Droqba klubun düşərgəsinə gəlib və həmkarlarını ziyarət edib.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu "Real"ın zədəli futbolçusu Ronaldo haqqında bunları qeyd edib.
"Mən 2008-ci ildə Çempionlar Liqasının finalında ona qarşı oynamışam. Ronaldo əsl liderdir. O, "Real" və Portuqaliya millisindəki böyük işlərinə görə "Qızıl top"a tam layiqdir.
Baxmayaraq ki, Avropa çempionatının finalını yarımçıq tərk etdi. Amma Portuqaliyanin həlledici oyuna vəsiqə qazanmasında mühüm rol oynadı".
Droqba, həmçinin MLS-dəki təcrübəsi barədə danışıb. "Avropa və Asiyadan sonra MLS yaxşı təcrübə oldu. Burda oynamaq mənə rahatdır. Əhalinin fransız dilli olması da mənə kömək edir. İnsanlar çox mehribandır, Monrealı çox sevirəm".