Beynəlxalq Arbitaj Məhkəməsi Beynəlxalq Atletika Federasiyası Şuasının Rusiya Olimpiya Komitəsi və 68 rus atletin olimpiya yarışlarına buraxlmaması ilə bağlı qərarını dəyişməyib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı məhkəmənin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilib ki, Rusiyanın qərarla bağlı etirazı qəbul edilməyib.Qərara əsasən, rusiyalı atletlər avqustun 5-21-də Braziliyada olcaq 2016-cı il Rio Olimpiya Oyunlarında iştirak etməyəcək.