Bu gün UEFA Avropa Liqasının II mərhələsinin cavab oyunları keçirilir.
Unikal.org-un məlumatına görə, "Qəbələ Bakıda Macarıstanın "MTK Budapeşt komandasını qəbul edib.
Səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən "Qəbələ bu dəfə də oyuna aktiv başlayıb. Artıq 7-ci dəqiqədə Zenyov hesabı açıb. 35-ci dəqiqədə isə Teo Uiks fərqi artırıb.
Beləliklə, "Qəbələ III mərhələdə Fransanın "Lill klubu ilə qarşılaşacaq.