Sənət aləminin tanınmış simaları bu dəfə çəkilərindən danışıb. 

Unikal.org Axşam.az ifaçıların "Star life"a neçə kiloqram olduqları ilə bağlı açıqlamalarını təqdim edir:

Faiq Ağayev - İndi 57 kiloqramam. 3 kiloqram artıqdır, atmağa çalışıram.

Səbinə Babayeva - Bir ara hamı oxumaq istəyirdi. İndi isə model olmaq sevdasına düşüblər. 6 kiloqram arıqlasam, bəsimdir. 

İlhamə Qasımova - 84 kiloqrama qalxmışdım. 77 kiloqrama düşə bildim. Daha sonra idmana getdim yenə kökəldim. 

Elçin Cəfərov - Hamı arıqlamağa başlayıb. Çox yemək israfçılıqdır, amma canına qəsd etmək olmaz. Balans saxlamaq lazımdır. Arıqlayanda çəki gedə bilər, amma orqanizm xəstə olur. 

Ədalət Şükürov - İnsanlar elə bilir pəhriz arıqlamaqdır. Arıqlamaq üçün gündə 5 dəfə düzgün qaydada yesin. Amma bilsin nə yeyir. Buna pəhriz deyilir. Arıqladıqca insan başqa xəstəliklər tutur. Bir də qarderobu dəyişmək lazımdır.
 
Elza Seyidcahan - İnsanda şarm olmalıdır. Artıq kiloqramı olan xanımlar da bəzən cazibədar görünə bilir. Arıqlayanda isə çirkinləşir. Görünüşümdən razıyam. Bu yaxınlarda bir müğənni məni görüb deyir, tanımadın? Üzünü dəyişdirib, plastik əməliyyat etdirib, çirkinləşib. 

Mirkamil Kamilov - Əvvəl gecələr çox yeyirdim. Həkim qadağa qoydu ki, olmaz. Kökəlmək ürəyimə ziyandır. Çalışıram arıqlayım ki, ürəyim rahat işləsin. 80 kiloqramam, 70-ə düşsəm, bəsdir.