Türkiyənin "Yavuz hərbi gəmisi "Si Briz - 2016 təlimindən kənarlaşdırılıb.
Unikal.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ukrayna Hərbi Dəniz Qüvvələrinin Mətbuat katibi Oleq Çubuk söyləyib.
Çubuk qeyd edib ki, "Yavuz gəmisinin yerinə təlimdə "Yıldırım gəmisi iştirak edəcək. Gəminin Türkiyəyə geri çağrılmasına səbəb onun 15 iyul çevrilişində iştirak etməsidir.
Qeyd edək ki, "Si Briz - 2016 təlimləri Ukraynada keçirilir. Təlimdə ABŞ, Ukrayna, Türkiyə və Rumıniya hərbçiləri iştirak edirlər.