Rusiyalı idmançı Marqarita Mamun Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında topla hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Unikal.org  Trend-ə istinadən bildirir ki, onun nəticəsi 19.400 bal olub.

Gümüş medala digər rusiyalı Aleksandra Soldatova (19.000), bürünc medala isə israilli gimnast Neta Rivkin (18.500) sahib çıxıb.

Azərbaycan təmsilçisi Marina Durunda isə 17.900 bal toplayaraq 7-ci yeri tutub.